Brend materialları
Alkospekt loqosu, rəngləri və qaydaları
Partnyorlar, mağazalar və media üçün açıq brend materialları. Aşağıdakı faylları yüklə, qaydalara uyğun işlət.
Loqo
Loqonun iki forması var: wordmark ("Alkospekt" yazısı) və simvol ("A"). Açıq fonda bənövşəyi, tünd fonda ağ variantı işlət. SVG çap və böyük ölçülər üçün, PNG veb üçündür; bütün faylların fonu şəffafdır.
Avatar — dairə üçün
Sosial şəbəkələrdə profil şəkli adətən dairəyə kəsilir. Bunun üçün avatar faylını işlət — loqo dairənin içində tam görünür.
Rənglər
Əsas rəng — Alkospekt Bənövşəyi #7C4DFF. Açıq fonda kiçik mətn üçün tünd variant #5B21B6 işlədilir. Rəngə klik et — kod kopyalanır.
İstifadə qaydaları
Belə et
- Rəsmi faylları dəyişmədən işlət
- Loqo ətrafında boş sahə saxla
- Fona görə düzgün variant seç (açıq→bənövşəyi, tünd→ağ)
- Brend rəngini #7C4DFF saxla (doldurma: düymə, zolaq, loqo)
- Açıq fonda kiçik mətn üçün #5B21B6 işlət
Belə etmə
- Loqonu döndərmə, əymə, nisbətini pozma
- Rəngini dəyişmə, effekt/kölgə əlavə etmə
- Aşağı kontrastlı fona qoyma
- Yenidən çəkmə və ya kəsmə
Hamısı bir arxivdə
Bütün loqo variantları (SVG + PNG) — tək .zip faylında.